Azərbaycan futbol ictimaiyyətinə ağır itki üz verib.
Sportal.az xəbər verir ki, "Neftçi"nin sabiq prezidenti Sadıq Sadıqov vəfat edib. Məlumata görə, 60 yaşlı keçmiş klub rəhbəri ürək tutması səbəbindən dünyasını dəyişib.
Xatırladaq ki, S.Sadıqov 2009-2015-ci illərdə "Neftçi"nin prezidenti olub. Onun rəhbərliyi dövründə "ağ-qaralar" 3 dəfə Azərbaycan çempionu olub, iki dəfə isə Azərbaycan Kubokunu qazanıb.
saytlarin hazirlanmasi
