Almaniya millisinin heyətində dəyişiklik edildi - DÇ-2026

11:21 - 6 İyun 2026

Almaniya milli komandasının DÇ-2026 heyətində dəyişiklik edilib.

Sportal.az xəbər verir ki, Lennart Karl heyətdən kənarlaşdırılıb. "Bavariya"nın yarımmüdafiəçisi zədələndiyi üçün mundialda iştirak edə bilməyəcək.

Karlın əvəzinə bundestimin heyətinə "Leyptsiq"in 20 yaşlı futbolçusu Assan Uedraoqo daxil edilib.

Qeyd edək ki, Yulian Naqelsmannın rəhbərlik etdiyi Almaniya yığması dünya çempionatının final mərhələsinin E qrupunda Küradao, Fil Dişi Sahili və Ekvadorla mübarizə aparacaq.

Xəbər xətti