Millimizin heyətində ciddi itki - Əliyev zədələndi

00:13 - 6 İyun 2026

Azərbaycan millisinin futbolçusu Xəyal Əliyev Maltaya qarşı keçirilən yoxlama oyunu (0:2) zamanı onun əzələsi dartılaraq zədələnib.

Sportal.az xəbər verir ki, meydanı xərəkdə tərk etməyə məcbur olan Xəyal 10-cu dəqiqədə Nəriman Axundzadə ilə əvəzlənib.

Xatırladaq ki, yığma komandamız Avstriya toplanışında növbəti görüşünü iyunun 9-da San Marinoya qarşı keçirəcək.

Xəbər xətti