"Zirə" daha bir legioneri ilə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, qəsəbə təmsilçisi qapıçı Tyaqo Silva ilə vidalaşıb.
Onunla başa çatan müqavilə yenilənməyib.
26 yaşlı portuqaliyalı 2023-cü ildən "qartallar"ın şərəfini qoruyurdu.
Xatırladaq ki, Tyaqodan əvvəl Rüfət Abdullazadə, Ceyhun Nuriyev, Stefan Aka, Eldar Quliyev və Leroy Mikelslə də yollar ayrılmışdı.
saytlarin hazirlanmasi
