"Liverpul"un gənc vingeri "Bavariya"nın hədəfində

15:56 - 6 İyun 2026

​"Liverpul"un gənc futbolçusu Rio Nqumoa karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Bavariya" ingiltərəli vingeri transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Almaniya çempionu Nqumoanın nümayəndələri ilə görüş keçiriblər. Münhen nəhəngi 17 yaşlı oyunçunun müqaviləsinin şərtlərini razılaşdırıb.

Lakin bu keçidin reallaşması o qədər də real görünmür. İngiltərə klubu istedadlı oyunçunu satmağı planlaşdırmır.

Qeyd edək ki, Rio Nqumoa 2024-cü ilin yayında "Çelsi"dən "Liverpul"un akademiyasına qoşulub. İngiltərə U-19 millisinin üzvü 2025/26 mövsümündə Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 31 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti