Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun “Anortosis”ə keçmək ehtimalı olması barədə xəbər vermişdik.
Kipr təmsilçisi “Motor”dan ayrıldıqdan sonra klubsuz qalmış forvardı heyətinə qatmağı planlaşdırırdı.
Sportal.az saytına verilən məlumata görə, “Anortosis” bu transferdən vaz keçib. Buna səbəb isə kiprlilərin başqa hücumçu ilə anlaşmasıdır. Dadaşovun isə yeni mövsümə hansı komandada başlayacağı dəqiq deyil.
27 yaşlı hücumçu hazırda klubsuzdur. O, karyerası ərzində “Ayntraxt”(Frankfurt), “Eştoril”, “Pakoş Ferreyra”, “Vulverhempton”, “Qrasshopper”, “Tondela”, “Hatayspor”, “Ankaragücü”, “Radomiak” klublarının formasını geyinib.
