"Real" formasının yalanlarla ləkələnməsinə yol vermək olmaz"

22:22 - 6 İyun 2026

Florentino Peres “Real" prezidentliyinə namizəd olan rəqibi Enrike Rikelmenin Erlinq Haalandın transferi və Yurgen Kloppun baş məşqçi təyin olunacağı ilə bağlı açıqlamalarına inanmamağa çağırıb.

Sportal.az xəbər verir ki, Peres açıqlamasında bunları qeyd edib:

“Bəzi insanlar nə utanır, nə də vicdan sahibidirlər. Onlar "Real" formasından klub üzvlərini aldatmaq üçün istifadə edirlər. Bir televiziya proqramında saxta məlumat yayıldı, bir neçə dəqiqə sonra isə futbolçunun nümayəndəsi, atası və klubun özü bunu təkzib edərək məhkəmə iddiası ilə hədələdilər. Bu absurd vəziyyət bizdə yalnız utanc hissi yaradır.

Dünən axşam yeni baş məşqçinin adı elan edildi, amma o, bir neçə dəqiqə sonra cavab verərək bununla bağlı zəhmət çəkməmələrini bildirdi. Məgər kampaniyanın əvvəlində artıq başqa bir məşqçi seçilməmişdi? Həqiqətən də, bu şəxslər üçün hər şeyə icazə var.

"Real" forması yalanlarla ləkələnməməlidir. Kalderon dövründə yaşanan o ‘qara’ üç ili unutmadıq ki, indi yenidən eyni vəziyyətə qayıdaq. Klub üzvləri sabah nəyin təhlükə altında olduğunu yaxşı bilirlər.

Onların iş görmə tərzi ilə mənim yanaşmam arasında böyük fərq var. Mənim yolum qalib gəlməyə davam etməkdir".

Xəbər xətti