U-17 millimiz Qazaxıstana məğlub oldu

22:01 - 6 İyun 2026

Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununa çıxıb.

Sportal.az xəbər verir ki, U-17 Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. İlk iki qolu millimizin vurduğu görüş rəqibin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolları 19-cu dəqiqədə Daniil Rəcəbov və 25-ci dəqiqədə Əhəd Hacızadə vurublar.

Qeyd edək ki, komandalar arasında ikinci yoxlama oyunu iyunun 9-da keçiriləcək.

Xəbər xətti