"Əl-Nəsr"in yarımmüdafiəçisi üçün "Beşiktaş" variantı

18:57 - 6 İyun 2026

"Əl-Nəsr"lə müqaviləsi başa çatan Marselo Brozoviç karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Beşiktaş" xorvatiyalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

Brozoviç Səudiyyə Ərəbistanı klubunun yeni sözləşmə təklifini qəbul etməyib. İstanbul klubu bu amildən yararlanaraq 33 yaşlı dayaq yarımmüdafiəçisi ilə danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, "Əl-Nəsr" Marselo Brozoviçi 2023-cü ilin yayında "İnter"dən 15 milyon avroya transfer edib. Xorvatiya millisinin üzvü 2025/26 mövsümündə "sarı-göylər"in heyətində meydana çıxdığı 40 rəsmi matçda 1 qol və 5 məhsuldar ötürmə ilə  yadda qalıb.

Xəbər xətti