Türkiyədə təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün yoxlama oyununda qüvvəsini sınayıb.
Sportal.az xəbər verir ki, Rəşad Eyyubovun rəhbərlik etdiyi kollektiv Bəhreynlə üz-üzə gəlib. Qarşılaşma yığmamızın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, U-21 növbəti yoldaşlıq matçını Qırğızıstan millisinə qarşı keçirəcək. Qarşılaşma iyunun 9-da olacaq.
saytlarin hazirlanmasi
