Argentina millisinin hücumçusu Lautaro Martinez DÇ-2026 öncəsi vəziyyəti barədə danışıb.
Sportal.az xəbər verir ki, “ESPN”ə danışan təcrübəli forvard mundiala hazır olduğunu bildirib:
“Dünya çempionatına xüsusən də psixoloji olaraq çox yaxşı hazırlaşmışam. Qətərdə istədiyim qədər yaxşı çıxış edə bilmədim. Buna görə də mümkün qədər çox oynamaq və özümə inamımı artırmağa davam etmək istəyirəm”.
Argentina millisi J qrupunda İordaniya, Əlcəzair və Avstriya yığmaları ilə qarşılaşacaq.
Qeyd edək ki, son dünya çempionu məhz Argentina millisidir.
saytlarin hazirlanmasi
