"Mançester Siti"nin idarə heyətinin sədri Xaldoon Əl-Mübarək, klubun sahibi Şeyx Mansour bin Zayed Al Nahyanın “Mançester Siti”ni satmaq niyyətində olmadığını bildirib.
Sportal.az xəbər verir ki, Əl-Mübarək öz açıqlamasında bunları qeyd edib:
“Klubu satmaq planlarımız yoxdur. Biz bu biznesi inkişaf etdirməyə davam etmək niyyətindəyik, çünki onun yalnız böyüyəcəyinə inanırıq və bu, çox gözəl bir biznesdir.
Bu, futbol və əyləncə sənayesidir. Müasir dünyada insanların diqqəti müxtəlif sahələrə yönələ bilər, amma idman hər zaman qalır.
Futbol idman dünyasının zirvəsidir. "City Football Group" və ‘Mançester Siti’ isə futbol dünyasının zirvəsindədir. Belə inciləri satmırlar”.
saytlarin hazirlanmasi
