"Ronaldodan eyni intensivlikdə futbol gözləmək olmaz" - sabiq portuqaliyalı

22:31 - 7 İyun 2026

Keçmiş "Porto" və "Beşiktaş" hücumçusu Huqo Almeyda hesab edir ki, Kriştiano Ronaldo dünya çempionatında Portuqaliya millisinə kömək edəcək, baxmayaraq ki, ondan 30 yaşındakı oyununu gözləmək olmaz.

Sportal.az xəbər verir ki, Almeyda öz açıqlamasında bunları qeyd edib:

“Yaş problem deyil. Bu gün 39-40 yaşında da əla formada olan çoxlu futbolçular var. Ronaldo getdikcə daha yaxşı məşq edir və mən onun yaxşı formada olacağına inanıram.

Əlbəttə, ondan 20 və ya 30 yaşlarında göstərdiyi qədər sərbəst futbol gözləyə bilmərik. Amma o, tarixin ən böyük futbolçularından biri kimi komandaya böyük təcrübə qazandıracaq. Kristianu, şübhəsiz ki, komandaya kömək edə biləcək.

Qonçalo Ramos yaxşı çıxış edib, amma Ronaldo hər oyunda həlledici töhfə verir”.

Xəbər xətti