Dünya çempionatında iştirak edəcək komanda baş məşqçisi ilə bağlı qərar verdi

17:22 - 7 İyun 2026

Əlcəzair Futbol Federasiyası milli komandanın baş məşqçisi Vladimir Petkoviçlə müqavilənin uzadılmasını elan edib.

Sportal.az xəbər verir ki, yeni müqavilə 31 iyul 2028-ci ilə qədər qüvvədədir. Petkoviç komandaya 29 fevral 2024-cü ildə rəhbərlik etməyə başlayıb.

Onun rəhbərliyi altında komanda 2026-cı il dünya çempionatına vəsiqə qazanıb və 2014-cü ildən bəri ilk dəfə mundialda oynayacaq. Qeyd edək ki, Əlcəzair J qrupunda İordaniya, Avstriya və Argentina ilə mübarizə aparacaq.

Xəbər xətti