İngiltərənin "Fulhem" klubu heyətində köklü dəyişikliklər edir.
Sportal.az xəbər verir ki, London təmsilçisi 14 futbolçusu ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Klub əsas komandanın qapıçısı Stiven Benda, müdafiəçi Devan Tanton, hücumçu Raul Ximenes və gənclər komandasının 11 oyunçusu (Çarli Robinson, Bredli De Hesus, Olli Qofford, Cozef Uolters, Tom Uingeyt, Kallum Kliff, Marsell Holl, Ruban Han, Oliver Mayer, Harli Pleytel və Kuinn Şutter) ilə vidalaşıb.
Qeyd edək ki, "Fulhem" İngiltərə Premyer Liqasında 2025/26 mövsümünü 52 xalla 11-ci pillədə başa vurub.
saytlarin hazirlanmasi
