"Yuventus" "Atletiko"nun hücumçusu ilə anlaşdı

16:59 - 8 İyun 2026

"Atletiko"nun hücumçusu Aleksandr Sörlot karyerasını İspaniya La Liqasında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Yuventus" norveçli futbolçunu transfer etmək istəyir. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

A Seriyası nəhəngi Sörlotla 3+1 illik müqavilənin şərtlərini razılaşdırıb. Klublar arasında anlaşma əldə olunsa, 30 yaşlı forvard "Yuventus"a keçəcək.

Qeyd edək ki, "Atletiko" Aleksandr Sörlotu 2024-cü ilin yayında "Vilyarreal"dan 32 milyon avroya transfer edib. Norveç millisinin üzvü 2025/26 mövsümündə Madrid təmsilçisinin heyətində meydana çıxdığı 54 rəsmi matçda 20 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti