"Real" Fransa millisinin müdafiəçisi ilə müqavilə imzaladı

13:47 - 8 İyun 2026

"Liverpul” və Fransa millisinin müdafiəçisi İbrahima Konate “Real”la müqavilə imzalayıb.

Sportal.az “RMC Sport”a istinadən xəbər verir ki, 27 yaşlı futbolçunun müqaviləsi 2030-cu ilin yayına qədərdir.

Konate 7 iyun bazar günü yenidən seçilən klub prezidenti Florentino Peresin seçki kampaniyası zamanı vəd edilən transferlərdən biri idi. Müdafiəçi müqaviləsinin müddəti bitdikdən sonra (30 iyun 2026-cı il) "Liverpul"u azad agent kimi tərk edəcək.

Konate hazırda Fransa milli komandasının düşərgəsindədir və DÇ-2026-ya hazırlaşır. Fransızlar İ qrupunda Seneqal, Norveç və İraqla mübarizə aparacaq.

Xəbər xətti