"Liverpul" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, Premyer Liqa nəhənginin əsas hədəfi "Kristal Pelas"da çıxış edən Adam Uortondur. Bu barədə jurnalist Ben Ceykobs məlumat yayıb.
"Qırmızılar" İngiltərə millisinin üzvü üçün yaxın vaxtlarda hərəkətə keçməyi planlaşdırır.
Qeyd eədk ki, "Kristal Pelas" Adam Uortonu 2024-cü ilin yanvarında "Blekbörn"dən 21 milyon avroya transfer edib. 22 yaşlı dayaq yarımmüdafiəçiisi 2025/26 mövsümündə London təmsilçisinin heyətində meydana çıxdığı 53 rəsmi matçda 1 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
