"Milan"ın əfsanəvi futbolçusu yenidən Seriya B klubunu çalışdıracaq

23:14 - 8 İyun 2026

Aleksandro Nesta İtaliya Seriya B təmsilçisi "Avellino"nun baş məşqçisi təyin olunub.

Sportal.az xəbər verir ki, keçmiş "Milan" və İtaliya yığmasının müdafiəçisi klubla 2028-ci il iyunun 30-dək qüvvədə olacaq müqavilə imzalayıb.

Bu, Nestanın məşqçilik karyerasında İtaliyanın ikinci liqasındakı dördüncü klubu olacaq. O, daha əvvəl "Peruggia", "Frosinone" və "Reggiana" komandalarını çalışdırıb. İtaliyalı mütəxəssis həmçinin "Mayami"nin də baş məşqçisi olub.

50 yaşlı mütəxəssisin son iş yeri "Monza" olub. Nesta 2024/25 mövsümündə komandanın Serie A-dan aşağı liqaya düşməsinin şahidi olmuşdu.

Xəbər xətti