Premyer Liqaya yüksələn klub baş məşqçi ilə vidalaşdı

14:30 - 11 İyun 2026

İngiltərənin "İpsviç Taun" klubu baş məşqçi Kiran Makkenna ilə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

40 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Kiran Mekkenna 2021-ci ilin dekabrında "İpsviç Taun"un baş məşqçisi vəzzifəsinə təyin olunmuşdu. Komanda onun rəhbərliyi altında Çempionşipdə 2-ci yeri tutaraq Premyer Liqada vəsiqə qazanıb.

Xəbər xətti