Türkiyə klubunda çıxış edən azərbaycanlı Premyer Liqaya geri qayıda bilər

11:22 - 10 İyun 2026

Son mövsümü Türkiyənin “Serikspor” klubunda keçirmiş Sərtan Taşkın yeni mövsümə Azərbaycanda başlamağa yaxındır.

Sportal.az saytına verilən məlumata görə, yığma komandamızın sabiq müdafiəçisinin xidmətində maraqlı olan Premyer Liqa klubları var. “Araz-Naxçıvan”, “Kəpəz” və “Şamaxı” klubları son mövsümü Türkiyə 1-ci liqasında keçirmiş Taşkını heyətinə qatmaq niyyətindədir.

Hazırda millimizin sabiq üzvü ilə danışıqlar gedir. O, son mövsümü “Serikspor”da 23 matçda meydana çıxıb.

Xəbər xətti