"Şamaxı" müdafiəçi transfer etdi

18:24 - 11 İyun 2026

“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Sportal.az xəbər verir ki, bölgə təmsilçisi “Sumqayıt”dən Sənan Muradlını icarə əsasında heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

20 yaşlı müdafiəçi növbəti mövsümü "Şamaxı"da keçirəcək.

Xəbər xətti