Fransa millisinin keçmiş hücumçusu Tyerri Anri Dünya Kubokunda ən çox izləyəcəyi oyunçu kimi “Bavariya”nın yarımmüdafiəçisi Maykl Olisenin adını çəkib.
Sportal.az "FOX Sports"a istinadən xəbər verir ki, veteran futbolçu həmyerlisi haqda bunları deyib:
"Maykl Olise diqqət yetirəcəyim oyunçudur. Onun “Bavariya” üçün etdikləri barədə çox danışa bilərik: dubl qazanmaq, mövsümün oyunçusu seçilmək, məhsuldar ötürmə etmək və qol vurmaq. O, hər bir məşqçinin xəyal edəcəyi oyunçudur. Mən ona məşqçilik etmək şansına nail olmuşam. Maykl sadəcə futbol oynamır, onunla düşünür. Onu digərlərindən fərqləndirən də budur".
Anri komandanın gümüş medal qazandığı 2024-cü il Paris Olimpiadasında Olisenin də yer aldığı Fransa Olimpiya komandasına rəhbərlik edib.
