"Tottenhem" Avropanın bir çox klubunun transfer siyahısında yer alan Pedro Porro ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, Premyer Liqa klubu ispaniyalı müdafiəçinin müqaviləsinin müddətini uzadacaq. Bu barədə "The Athletic" nəşri məlumat yayıb.
26 yaşlı futrbolçunun hazırkı sözləşməsinin müddəti 2028-ci ilin 30 iyun tarixinə kimidir. London klubu anlaşmanı daha 2 il artırmağı planlaşdırır.
Qeyd edək ki, "Tottenhem" Pedro Porronu 2023-cü ilin yayında "Sportinq"dən 40 milyon avroya transfer edib. İspaniya millisinin üzvü 2025/26 mövsümündə paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 47 rəsmi matçda 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
