Amerika Birləşmiş Ştatlarının milli komandası dünya çempionatının ilk turunun oyununda Paraqvay yığmasına 4:1 hesabı ilə qalib gəlib.
Sportal.az xəbər verir ki, Maurisio Poçettinonun komandasının mərkəz müdafiəçisi Kris Riçards bu qarşılaşmada komandada yoldaşlarına 83 ötürmə edib. Bu ötürmələrin hər biri dəqiq ünvanına çatıb.
Bu, statistikanın aparılmağa başladığı 1966-cı ildən bəri dünya çempionatları tarixində bir oyunda 70-dən çox ötürmə edib 100 fiaz dəqiqlik göstərən futbolçunun qeydə alındığı ilk belə haldır.
Qeyd edək ki, ABŞ milli komandası növbəti matçını Avstraliya yığmasına qarşı keçirəcək.
saytlarin hazirlanmasi
