"Arsenal" Belçika klubuna 40 milyon avro ödəməyə hazırdır

12:21 - 13 İyun 2026

"Brügge"nin futbolçusu Kristos Tzolis karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Arsenal" yunanıstanlı vingeri transfer etmək istəyir. Bu barədə "The Athletic" nəşri məlumat yayıb.

İngiltərə çempionu Tzolis üçün yaxın vaxtlarda hərəkətə keçməyi planlaşdırır. London klubu 24 yaşlı oyunçu üçün 40 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, "Brügge" Kristos Tzolisi 2024-cü ilin yayında Düsseldorf "Fortuna"sından 6,5 milyon avroya transfer edib. Yunanıstan millisinin üzvü 2025/26 mövsümündə Belçika təmsilçisinin heyətində meydana çıxdığı 52 rəsmi matçda 22 qol və 29 məhssuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti