İspaniyanı Bundesliqaya dəyişəcək

18:40 - 12 İyun 2026

"Malyorka"nın baş məşqçisi Martin Demişelis Almaniyada çalışacaq.

Sportal.az xəbər verir ki, argentinalı mütəxəssis "Leyptsiq"i çalışdıracaq. Bu barədə jurnalist Matteo Moretto məlumat yayıb.

Artıq tərəflər arasında razılıq əldə olunub. 45 yaşlı məşqçi yaxın günlərdə Bundesliqa klubu ilə müqavilə imzalayıb.

Qeyd edək ki, Martin Demişelis bu ilin martında "Malyorka"nın baş məşqçisi vəzifəsinə təyin olunub.

Xəbər xətti