Tezliklə “Qarabağ”dan ayrılacaq 5-ci futbolçu - təklif bu ölkədən gəlib, danışıqlar bitir

16:01 - 13 İyun 2026

"Qarabağ"ı tərk edən futbolçuların sayı tezliklə 5-ə çatacaq.

Sportal.az xəbər verir ki, Kevin Medinaya yeni təklif gəlib.

Toral Bayramov, Emmanuel Addai, Ramil Şeydayev və Sami Mmaedən sonra kolumbiyalı müdafiəçinin də düşərgəni tərk etməsi kifayət qədər realdır.

Belə ki, cənubi amerikalı ABŞ-dən aldığı dəvəti dəyərləndirmək fikrində israrlıdır. Medinanın xidmətində maraqlı olan komandanın adı açıqlanmır, bununla belə, qeyd olunub ki, tərəflər arasında danışıqlar sürətlə davam edir.

«Tank»ın müqaviləsi gələn ilin yayında bitəcəyiəndən, amerikanlılar təzminat ödəməli olacaq - hazırda məbləğ ətrafında son akkordlar vurulur.

2020-ci ildən “köhlən atlar”ın formasını geyinən 33 yaşlı mərkəz oyunçuçu mühiti dəyişmək, başqa ölkədə yaşamaq həvəsinə düşüb. (Sportinfo.az)

Xəbər xətti