Hakim zədə səbəbindən DÇ-2026-dakı ilk oyununu qaçıracaq

19:58 - 13 İyun 2026

İngiltərəli hakim Maykl Oliver zədə səbəbindən dünya çempionatında idarə etməli olduğu ilk matçı qaçıracaq.

Sportal.az xəbər verir ki, bu barədə BBC televiziyası məlumat yayıb.

​Filadelfiyada Fil Dişi Sahili və Ekvador yığmaları arasında keçiriləcək E qrupunun oyununu idarə etməli olan 41 yaşlı referini fransalı Fransua Leteksye əvəzləyib.

​FİFA-dan bildirilib ki, Oliver yaxın günlərdə bərpa olunacaq və turnirin növbəti qarşılaşmalarına təyinat almaq üçün hazır vəziyyətə gələcək.

Oliver dünya çempionatındakı altı ingiltərəli baş hakimdən biridir. Qari Besvik, Adam Nann, Stüart Bert və Ceyms Meynvərinq turnirdə onun köməkçiləri qismində seçiliblər.

Qeyd edək ki, ​Maykl 2010-cu ildən İngiltərə Premyer Liqasının oyunlarında çalışır və 2018-ci ildə UEFA-nın elit hakimlər siyahısına daxil edilib. O, həmçinin DÇ-2022 və AVRO-2024-ün matçlarını da idarə edib.

Xəbər xətti