"Sabah" yay transfer pəncərəsi zamanı heyətini İslam İmamovla gücləndirmək istəyib.
Sportal.az saytına verilən məlumata görə, Azərbaycan çempionu Rusiyada çıxış edən əslən Azərbaycandan olan qolkiperlə danışıq aparıb.
Son olaraq "SKA-Xabarovsk"un qapısını qorumuş İmamov "Sabah"dan təklifi qəbul edib və bir müddət tərəflər arasında danışıq gedib.
Lakin sonda İslamın "Sabah"a keçidi baş tutmayıb. Buna səbəb də, tərəflərin bütün detallarda anlaşa bilməməsidir.
25 yaşlı qapıçı "Legion Dinamo", "Kuban Holdinq" klublarının qapısını qoruyub.
saytlarin hazirlanmasi
