Qazaxıstanın U-17 yığma komandasının məşqçisi Ruslanjan Raimbakiyev Qəbələdə keçirilən təlim-məşq toplanışında (2:5, 0:1) Azərbaycanla keçirilmş yoldaşlıq oyunlarının nəticələrini şərh edib.
Sportal.az xəbər verir ki, Qazaxıstan Futbol Federasiyasının rəsmi saytına Ruslanjan U-17 yığmamız haqda da fikirlərini söyləyib:
"Yaxşı təlim-məşq toplanışı keçirdik. Azərbaycanla öz meydanında iki yoldaşlıq oyunu keçirdik. 5:2 hesabı ilə qalib gəldiyimiz ilk matçda futbolçularım xarakter nümayiş etdirdilər. 0:2 hesabı ilə geriyə düşdükdən sonra geri qayıtmaq çətin idi, amma komanda oyunu dəyişdirməyi bacardı. Ardıcıl beş qol vurduq və qələbəni əldə etdik. İkinci matç çətin keçdi. Rəqibimiz bizi, oyunu təhlil etdi və bütün güclərini ortaya qoydu. Oğlanlarımız əla iş gördülər. Bu oyuna görə onlara təşəkkür etmək istəyirəm. İkinci hissənin sonlarında qol vurduq və qalib gəldik.
Düşünürəm ki, bu cür beynəlxalq görüşlər oyunçular üçün faydalı oldu. Onların əksəriyyəti o vaxta qədər yalnız daxili çempionatda oyun təcrübəsi keçirmişdi. Bu, futbolçularımız üçün yaxşı beynəlxalq təcrübə idi və bir çoxları bunun öhdəsindən yaxşı gəldilər".
