"Qarabağ" "Sportinq"in yetirməsini hələ də istəyir - Portuqaliya mətbuatı

13:46 - 14 İyun 2026

Portuqaliya mətbuatı "Qarabağ"ın Joau Qulartla hələ də maraqlandığı iddia edir.

Sportal.az xəbər verir ki, “SAPO” nəşri Ağdam təmsilçisindən əlavə, bir neçə klubun da "Kaza Pia"nın 26 yaşlı mərkəz müdafiəçisi ilə maraqlandığını yazıb.

Lakin həmin klubun adları açıqlanmır. Ötən ay Portuqaliyanın yüksək liqasında yerini qoruyan "Kaza Pia" Qulartın transferi üçün müəyyən məbləğ tələb edib. "Qarabağ" da daxil olmaqla, istənilən kluba onu satmağa hazırdır. Müdafiəçinin klubla müqaviləsi gələn mövsümün sonuna qədərdir.

Qeyd edək ki, Qulart ötən ilin aprel ayında "Qarabağ"a menecer tərəfindən təklif edilmişdi. Onu həm də "Levski" istəyir.

26 yaşlı mərkəz müdafiəçisi “Sportinq”(Lissabon) klubunun yetirməsidir. O, “Kaza Pia”dan əvvəl “Mafra”da çıxış edib.

Xəbər xətti