"Çelsi"nin müdafiəçisi Mark Kukurelya karyerasının ölkəsində davam etdirəcək.
Sportal.az xəbər verir ki, "Real" ispaniyalı futbolçunu transfer edib. Bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.
La Liqa nəhəngi Kukurelya üçün İngiltərə klubuna 55+5 milyon avro təzminat ödəyəcək. 27 yaşlı sol cinah müdafiəçisi "Real"la 2032-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, "Çelsi" Mark Kukurelyanı 2022-ci ilin yayında "Brayton"dan 65 milyon avroya transfer etmişdi. İspaniya millisinin üzvü 2025/26 mövsümündə London təmsilçisinin heyətində meydana çıxdığı 50 rəsmi matçda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
