"Yuventus"un müdafiəisi Andrea Kambyazo yayda klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, "Barselona" və "Çelsi" italiyalı futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Əkrəm Konur məlumat yayıb.
A Seriyası nəhnəgi 26 yaşlı sol cinah müdafiəçisi üçün 40 milyon avro tələb edir.
Qeyd edək ki, Andrea Kambyazo 2022-ci ilin yayından "Yuventus"da çıxış edir. İtaliya millisinin üzvü 2025/26 mövsümündə Turin təmsilçisinin heyətində meydana çıxdığı 47 rəsmi matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
