Fransadan Almaniyaya 32 milyon avroluq transfer

17:11 - 17 İyun 2026

"Lion"un futbolçusu Afonso Moreyra karyerasını Almaniya Bundesliqasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Bayer" portuqaliyalı vingerin keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Leverkuzen klubu Moreyra üçün Fransa nəhənginə 32 milyon avro təzminat ödəyəcək. 21 yaşlı oyunçu bu həftə tibbi müayinədən keçdikdən sonra "Bayer"lə 5 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, "Lion" Afonso Moreyranı 2025-ci ilin yayında "Sportinq"dən 2 milyon avroya transfer edib. Portuqaliya U-21 millisinin üzvü Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 8 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti