"Barselona" və "Çelsi" italiyalı müdafiəçini transfer etmək istəyir

15:58 - 17 İyun 2026

"Yuventus"un müdafiəisi Andrea Kambyazo yayda klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, "Barselona" və "Çelsi" italiyalı futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Əkrəm Konur məlumat yayıb.

A Seriyası nəhnəgi 26 yaşlı sol cinah müdafiəçisi üçün 40 milyon avro tələb edir.

Qeyd edək ki, Andrea Kambyazo 2022-ci ilin yayından "Yuventus"da çıxış edir. İtaliya millisinin üzvü 2025/26 mövsümündə Turin təmsilçisinin heyətində meydana çıxdığı 47 rəsmi matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti