Azərbaycan milli komandasının da formasını geyinmiş Azər Salahlı yeni mövsümə də “İmişli”də başlayacaq.
Bu barədə futbolçu özü Sportal.az saytına açıqlamasında bildirib.
O, təkliflər olmasına rəğmən, “İmişli”də qalmağa üstünlük verdiyini deyib:
"Bəli, müxtəlif klublardan təkliflərim var idi. Ancaq mənim “İmişli” ilə müqaviləm var. Yəqin ki, klubda qalacam, yeni mövsümə də burada başlayacam. Əvvəlki illərə qayıtsam, öz adımdan deyim, mən hər zaman xaricdə oynamaq istəmişəm. Lakin rəsmi və real təklifim olmayıb. Olsaydı, 100 faiz bunu nəzərdə keçirib, dəyərləndirərdim".
Mirbağırağa
