Kurasao millisinin üzvü Xander Severina “Sabah”a keçməmişdən əvvəl bir neçə klubun təklifini geri çevirib.
Sportal.az saytına verilən məlumata görə, 25 yaşlı futbolçunu transfer etmək istəyən klublardan biri “Kayrat” olub.
Son mövsümdə Çempionlar Liqasının liqa mərhələsində çıxış etmiş Qazaxıstan təmsilçisi vingerlə müqavilə imzalamaq istəyib. Lakin kurasaolu futbolçu “Sabah”a keçməyə üstünlük verib.
Niderlandda dünyaya gəlmiş Severina “Den Haaq”, “Partizan”, “Makkabi”(Hayfa), “Kasa Pia” klublarında oynayıb.
Xatırladaq ki, Azərbaycan çempionu yeni transferi ilə 2+1 illik müqavilə imzalayıb.
