Polşa klubu Mahir Emrelini rəsmən açıqladı

23:10 - 18 İyul 2026

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Polşanın “Rakov” klubuna keçidi rəsmiləşib.

Sportal.az xəbər verir ki, Ekstraklasa təmsilçisi 29 yaşlı hücumçunu 1 illik icarəyə götürüb. "Rakov" mövsümün sonunda azərbaycanlı oyunçunu almaq hüququna malikdir. Emreli artıq klubla rəsmi müqavilə imzalayıb.

Xatırladaq ki, Azərbaycan millisinin üzvü müqavilə ilə Almaniyanın “Kayzerslautern” klubuna məxsusdur.

Xəbər xətti