Türkiyə klubu tanınmış hücumçunun keçidini həll etdi

15:12 - 10 Avqust 2026

"Əl-Hilal"ın hücumçusu Darvin Nunyes karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Trabzonspor" uruqvaylı forvardın keçidini həll edib. Bu barədə "Record" nəşri məlumat yayıb.

Artıq klublar arasında danışıqlar başa çatıb. "Trabzonspor" 27 yaşlı forvard üçün 8 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, "Əl-Hilal" Darvin Nunesi 2025-ci ilin yayında "Liverpul"dan 53 milyon avroya transfer edib. Uruqvay millisinin üzvü Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində meydana çıxdığı 24 rəsmi matçda 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti