"Barselona" Lautaro Martínesi transfer etmək üçün cəhd göstərə bilər.
Sportal.az xəbər verir ki, Kataloniya klubunun baş məşqçisi Hansi Flik hücumçu alınmasını istəyir. Julian Alvarez isə hələ də əsas transfer hədəfi olaraq qalır. Bununla belə, “Barselona” alternativ planı da nəzərdə saxlamağa məcburdur.
"İnter"in hücumçusu Martinesin namizədliyi “Barselona” daxilində getdikcə daha çox dəstək qazanır. Həm Flik, həm də klubun idman direktoru Deko argentinalı forvardın oyununu yüksək qiymətləndirir.
Əgər bu həftə Alvaresin transferi ilə bağlı irəliləyiş əldə olunmasa, “Barselona” alternativ variant olan Lautaro Martinesə yönəlməli olacaq. Martines 2018/19 mövsümündən etibarən “İnter”də çıxış edir.
saytlarin hazirlanmasi
