"Atletiko" “Lill”in hücumçusu Matías Fernandez-Pardo üçün bonuslar daxil olmaqla 35 milyon avro təklif edib.
Sportal.az xəbər verir ki, bu barədə "L’Équipe" məlumat yayıb. Bildirilir ki, Fransa klubu təklifi hələlik rədd etməyib, lakin özü üçün daha sərfəli şərtlər əldə etməyə çalışacaq. Futbolçu uğrunda mübarizəyə digər klublar, o cümlədən İngiltərə təmsilçiləri də qoşula bilər.
Ötən mövsüm Liqa 1-də belçikalı futbolçu 29 oyunda 8 qol və 5 məhsuldar ötürmə edib. O, “Lill”in ən yaxşı bombardiri adına Haukon Haraldssonla, ən yaxşı assistent adına isə Feliks Korreya ilə şərik olub.
saytlarin hazirlanmasi
