"Barselona"nın futbolçusu zədələndi - uzun müddət oynamayacaq

18:24 - 10 Avqust 2026

"Barselona"nın futbolçusu Runi Bardaqji ağır zədə alıb.

Sportal.az xəbər verir ki, isveçli vingerin dizinin ön çarpaz bağları yırtılıb. Bu barədə yerli mətbuat məlumat yayıb.\

20 yaşlı oyunçu təxminən 6-7 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "Barselona" Runi Bardaqjini 2025-ci ilin yayında "Kopenhagen"dən transfer edib. İsveç millisinin üzvü Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 28 rəsmi matçda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti