Azərbaycan millisinin sabiq müdafiəçisinin Türkiyə klublarına keçidinə FİFA mane oldu

19:35 - 10 Avqust 2026

Azərbaycan millisinin sabiq müdafiəçisi Turan Manafov karyerasını Türkiyədə davam etdirməyə yaxın olub.

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, müdafiəçinin xidmətində "Antalyaspor" və "Pendikspor" maraqlı olub.

Danışıqlar müsbət sonluğa doğru gedirmiş.

Amma adıçəkilən klublara FIFA-dan transfer qadağası qoyulub.

Belədə məsələ tam qapanıb.

27 yaşlı futbolçu hazırda müqavilə ilə Cənubi Afrika Respublikasının (CAR) “Stellenboş” klubuna məxsusdur.

"Neftçi"nin yetirməsi 2025-ci ildə “Stellenboş”a transfer olunub.

O, adıçəkilən klubda 10 qarşılaşmada forma geyinib.

Tərəflər arasında müqavilənin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulmuşdu.

Turan son yarım ili icarə əsasında "Qəbələ"də keçirib.

Xəbər xətti