"Arsenal" "Real"dan 90 milyon avro tələb edir

16:55 - 10 Avqust 2026

"Arsenal"ın yarımmüdafiəçisi Martin Subimendi karyerasını ölkəsində davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Real" ispaniyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

İngiltərə klubu 27 yaşlı dayaq yarımmüdafiəçisi üçün 90 milyon avro təzminat tələb edir.

Qeyd edək ki, "Arsenal" Martin Subimendini 2025-ci ilin yayında "Real Sosyedad"dan 70 milyon avroya transfer edib. İspaniya millisinin üzvü London təmsilçisinin heyətində meydana çıxdığı  57 rəsmi matçda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti