"Qarabağ"ın yeni transfer hədəfi bəlli oldu - Ağdam klubu Fransadan vinger gətirir

11:18 - 27 Avqust 2026

“Qarabağ” heyətini almaniyalı futbolçu ilə gücləndirə bilər.

Sportal.az saytına verilən məlumata görə, Ağdam təmsilçisi “Reyms”in futbolçusu Reda Xadra ilə danışıq aparır.

Hazırda tərəflər arasında danışıq aparır. 25 yaşlı vingerin özü “Qarabağ”a keçməyə ilkin razılıq verib. 

Yaxın vaxtlarda Xadranın “Qarabağ”la müqavilə imzalayacağı da gözlənilir. Onun “Reyms”lə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. 

Almaniyanın U-21 yığmasının üzvü olmuş Reda “Blekbern”, “Şeffild Yunayted”, “Birmingem”, “Brayton”, “Le Havr” klublarının formasını geyinib.
 

Xəbər xətti