"Yuventus"un hücumçusu Conatan Devid karyerasını İspaniya La Liqasında davam etdirəcək.
Sportal.az xəbər verir ki, "Atletiko" kanadalı forvardın keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Madrid klubu Devidi satınalma bəndi ilə icarəyə götürəcək. "Atletiko" 26 yaşlı futbolçunun maaşının 50 faizini ödəyəcək.
Qeyd edək ki, Conatan Devid 2025-ci ilin yayında "Lill"dən ayrıldıqdan sonra azad agent statusu ilə "Yuventus"a keçib. Kanada millisinin üzvü A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 47 rəsmi matçda 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
