"Roma" növbəti transferə hazırlaşır.
Sportal.az “Sky Sport”a istinadən xəbər verir ki, “canavarlar” “Zenit”in vingeri Luis Enrike üçün danışıqlara başlayıb.
Artıq klublar arasında ilkin razılığı olduğu iddia edilir.
İtaliya klubu sabit ödəniş və bonuslar da daxil olmaqla təxminən 40 milyon avro təklif edib. 25 yaşlı braziliyalı danışıqları davam etdirməyə razılıq verib və nəticəsini gözləyir. "Roma" hücum xəttini gücləndirmək üçün Luis Enrikeni əsas seçim kimi görür.
Braziliyalının “Zenit”lə müqavilə müddəti 2028-ci il dekabrın 31-nə qədərdir. O, “Fluminense”, “Betis” və “Botafoqo”da da oynayıb.
