"Çelsi"nin müdafiəçisi Tosin Adarabioyo Premyer Liqada klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, "Mançester Yunayted" ingiltərəli futbolçunun xidmətində maraqlıdır. Bu barədə jurnalist Ben Ceykobs məlumat yayıb.
Adarabioyo London təmsilçisinin gələcək planlarına daxil deyil. Klub buna görə də 28 yaşlı mərkəz müdafiəçisi üçün gələn təklifləri dəyərləndirməyə hazırdır.
Qeyd edək ki, Tossin Adarabioyo 2024-cü ilin yayında "Fulhem"dən ayrıldıqdan sonra azad agent statusu ilə "Çelsi"yə keçib. Təcrübəli müdafiəçi "mavilər"in heyətində 70 rəsmi matçda 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
