Valdas Dambrauskas onun “Sabah”da qalmasını istədi

14:35 - 27 Avqust 2026

“Sabah” yarımmüdafiəçisi Rauf Rüstəmlini icarəyə göndərməyəcək.

Sportal.az saytına verilən məlumata görə, 22 yaşlı futbolçu böyük ehtimalla Azərbaycan çempionunun heyətində qalacaq.

Buna səbəb isə Valdas Dambrauskasın Rüstəmlini sərəncamında görmək istəməsidir.

Litvalı mütəxəssis Rüstəmlinin icarəyə getməsini istəməyib ki, mövsümün gedişində onun xidmətində istifadə etsin.

Raufun “Sabah”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. 
 

Xəbər xətti